"Sosial xidmətin həlli yollarının tapılması barədə ciddi işlər görülməlidir. Dünyanın digər yerlərində də səhiyyə və sosial xidmətlər birləşdirilməlidir".
"Report" xəbər verir ki, bunu Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün sosial və səhiyyə sahəsində təhsil almış işçilərin çatışmazlığı əsas problemlərdəndir: "Vahid platformanın qurulması üçün bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində səyləri əsirgəməməliyik. Fiziki məhdudiyyətli şəxslərin bu sahəyə cəlbi ilə bağlı işlər də görülməlidir".
K.Fillet qeyd edib ki, Azərbaycanda dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin mütəmadi şəkildə artırılması müsbət haldır: "Bu da əhaliyə daha yaxşı sosial xidmətlərin göstərilməsinə dəlalət edir. Texnologiya və innovasiyalar sosial xidmətdə yardımçı vasitələrdəndir".