"ASAN xidmət"ə gələn ilin dövlət büdcəsində ayrılan vəsaitin məbləği artırılıb

"ASAN xidmət"ə gələn ilin dövlət büdcəsində ayrılan vəsaitin məbləği artırılıb 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 4 252 315 manat çoxdur
Sosial müdafiə
21 Noyabr , 2016 20:22
ASAN xidmətə gələn ilin dövlət büdcəsində ayrılan vəsaitin məbləği artırılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") gələn ilin dövlət büdcəsindən  21 165 309 manat vəsait ayrılacaq.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd olunub.

Ümumiyyətlə, bu rəqəm 2016-cı ildə 16 912 994 olub. Gələn ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 4 252 315 manat çoxdur.

Son xəbərlər

Orphus sistemi