Bu gündən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.
"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.
Qərara əsasən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində müvafiq tarixdən etibarən vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi,
Növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda
Mobil tətbiqə dair videotəlimat:
Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək.
Vətəndaşları qəbul edəcək mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşları mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.
Eyni zamanda Dövlət Agentliyi vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlara yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürməyi və daha sonra SMS müraciət sistemindən yararlanmağı tövsiyə edib.