“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçirlər

“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçirlər Könüllülər təcrübənin sonunda ASAN xidmət və SOCAR tərəfindən birgə sertifikatlarla təltif olunacaqlar
Sosial müdafiə
17 Yanvar , 2017 19:15
“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçirlər

Bakı. 17 yanvar. REPORT.AZ/ “ASAN Könüllüləri” SOCAR-da təcrübə keçirlər.

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, “ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində 12 nəfər ASAN könüllüsü SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçirlər. 

Könüllülər “Azneft” İB-də, İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına Neft Emalı Zavodu olmaqla müxtəlif idarələr üzrə bölgü aparılaraq 3 aylıq təcrübə proqramına cəlb olunublar.

Qeyd edək ki, gənclər SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışır, onların dəyərli təcrübələri ilə yaxından tanış olurlar. Qısa müddət ərzində onlar çalışdıqları idarələrin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak edib, hesabatların hazırlanması, monitorinqlərin keçirilməsi, işgüzar münasibətlərin qurulması istiqamətində həyata keçirilən bütün işləri mənimsəyə biliblər. “Master 2” çərçivəsində təcrübə keçən könüllülər təcrübənin sonunda ASAN xidmət və SOCAR tərəfindən birgə sertifikatlarla təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi