Bakıda təşkil olunan
“Report”un xəbərinə görə, ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
Sənədi Mərakeş, Azərbaycan, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.
ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.
Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcək.
Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının Təsis Görüşünü təşkil etdiyinə görə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün müstəsna əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, bu gün