Anar Bağırov: "Üç ay əvvəl 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək"

Sosial müdafiə
  • 19 iyul, 2018
  • 05:54
Anar Bağırov: Üç ay əvvəl 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək
Anar Bağırov

Bakı. 19 iyul. REPORT.AZ/ "Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək: "Yəni, ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur".

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: "Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır".

A.Bağırovun sözlərinə görə, ilin sonuna kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.

44 filmi