Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır"

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır" Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər bundan əziyyət çəkəcək.
Sosial müdafiə
19 Oktyabr , 2018 11:11
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər bundan əziyyət çəkəcək".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək lazımdır: "Səbəbləri tapmaq vacibdir və çıxış yolu hazırlanmalıdır. Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixdən qaynaqlanan ənənələrlə izah edirlər. Əgər bir ölkə müasirliyə doğru gedirsə niyə bu problem hələ də qalır?! Bu kimi hallara qarşı cəza tədbirləri olsa belə insanlar müxtəlif həll yolu tapacaqlar".

K.Yankauskas əlavə edib ki, cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır: "Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Milli Fəaliyyət Planı hazır olduqda bütün müvafiq addımlar atılmalıdır. Avropa İttifaqı olaraq əlimizdən gələni edəcəyik ki, tarazlıq təmin olunsun".

Son xəbərlər

Orphus sistemi