Adil Vəliyev: “Çalışmalıyıq ki, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun”

Adil Vəliyev: “Çalışmalıyıq ki, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun” “Boşanmaların qarşısını heç bir halda almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.
Sosial müdafiə
19 May , 2023 11:14
Adil Vəliyev: “Çalışmalıyıq ki, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun”

“Boşanmaların qarşısını heç bir halda almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi üçün bir cox təşkilati hüquqi tədbirlər görülsə də təbii ki bu tam deyil: “Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Huquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və sair buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, zorla da bunun qarşısını almağa elə də ehtiyac yoxdur”.

Şöbə müdiri bildirib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir: “Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşaiyət olunsun. Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intiriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir”.

“Milli Məclisin Sədri Sahibə xanım Qafarova ailə qanunvericiliyi sahəsində həm AŞPA çərçivəsində, həm də MM səviyyəsində  uzun müddət peşəkarcasına məşğul olub və problemin fabulasına dərindən bələddir. Bu baxımdan ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hər zaman konstruktiv təklifləri dəstəkləyir və müzakirələrə daim açıq olması mövqeyindən çıxış edir. Odur ki, bugünkü tədbirdə qeyd olunan dəyərli təkliflər MM-in müvafiq komitəsində müzakirə edilə bilər”, - şöbə müdiri əlavə edib.

Son xəbərlər

Orphus sistemi