Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 50 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Report”a verilən məlumata görə, Prezident
Birdəfəlik ödəmə vəsaiti köçürülən şəxsin bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir.
O, mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.