Övladlığagötürmə ilə bağlı ötən ilin noyabrın 1-dən dekabr ayının 30-u tarixinədək cəmi 200 müraciət edilib. Onlardan 198 nəfər 1 saylı Bakı DOST Mərkəzi üzrə müraciətlərdən 151-i (76%) bilavasitə mərkəzə yaxınlaşaraq, 47-i (24%) Çağrı Mərkəzi 142-yə edilib.
“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.
Hesabata əsasən, 170 (86%) müraciət Azərbaycan vətəndaşları, 28 (14%) müraciət isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən edilib.
2 saylı Bakı DOST Mərkəzinə 2 (2%) müraciət olunub və onlar ümumilikdə Azərbaycan vətəndaşlarıdır. Övladlığagötürmə sahəsində 1796 valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı 21 müəssisədən məlumat toplanıb və uçotu aparılıb. Uçota alınan 1783 uşaqdan 1621-i (91%-i) 18 yaşı tamam olmayan uşaq və 162-i (9%-i) isə 18 yaşı tamam olan şəxslərdir.
Qeyd edək ki, övladlığagötürmə sahəsində dövlət siyasətinə uyğun olaraq fəaliyyətin həyata keçirilməsi (rəy, razılıq verilməsi, hüquqi yardım göstərən akkreditə edilən orqanın müəyyənləşdirilməsi, övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığa götürülən uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi və s.) 1 noyabr 2019-cu il tarixindən DOST-a həvalə olunub.