Nazir: "Birinci rübdə 2,3 milyon insana 1,5 milyard manat sosial ödənişlər olub"

Nazir: "Birinci rübdə 2,3 milyon insana 1,5 milyard manat sosial ödənişlər olub" Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edib.
Sosial müdafiə
14 Aprel , 2020 21:58
Nazir: Birinci rübdə 2,3 milyon insana 1,5 milyard manat sosial ödənişlər olub
Sahil Babayev

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edib.

"Report"un xəbərinə görə, nazir bildirib ki, bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub:

"2,3 milyon insanımıza 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Sizin Sərəncamınızla sosial dövlət, sosial siyasət prinsipi rəhbər tutularaq ölkə üzrə bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksasiya olunub və bu islahat da Azərbaycanda bütün pensiyaçıları əhatə edib. Sizin qeyd etdiyiniz kimi, yaşa görə pensiya 330 manata, ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait bu vətəndaşlarımıza ödənilib. Cənab Prezident, əlavə olaraq bildirim ki, avtomatlaşma tədbirləri nəticəsində son 6 ayda artıq 64 min təyinat – pensiya, müavinət və təqaüdlər üzrə təyinatların 80 faizi tam şəkildə avtomatlaşdırılmış formada icra olunub".

Son xəbərlər

Orphus sistemi