Yuta ştatının senatorları Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Yuta ştatının senatorları Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir Azərbaycan baş konsulu Nəsimi Ağayev Yuta ştatında olub
Xarici siyasət
19 Fevral , 2016 10:20
Yuta ştatının senatorları Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Yuta ştatında olub.

"Report" xəbər verir ki, səfər zamanı baş konsul Yuta Senatında olaraq, orada bir neçə ştat senatorlarıyla görüşüb.

Görüş zamanı ştatla Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Senatorlar Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə davam etmək niyyətlərini ifadə edib.

Qeyd edək ki, bu, baş konsul kimi N.Ağayevin Yuta ştatına ilk səfəri olub.

Son xəbərlər

Orphus sistemi