Yuxarı

XİN rəsmisi bir neçə xarici ölkənin Azərbaycandakı səfirlərini qəbul edib

Diplomatlar etimadnamələrinin surətlərini Pərvin Mirzəzadəyə təqdim ediblər
© Report

Bakı. 8 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə bir neçə ölkənin Azərbaycandakı qeyri-rezident səfirlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunan yeni səfirləri iştirak ediblər. 

Diplomatlar etimadnamələrinin surətlərini P.Mirzəzadəyə təqdim ediblər. 

Səfirlərlə söhbətdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi