"Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir".
"Report" xəbər verir ki, bunu Azərbaycan
"Əslində, bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə Nikol Paşinyanın özüdür. Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər Nikol Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir, - deyə o qeyd edib.
L.Abdullayeva vurğulayıb ki, Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu il oktyabrın 3-də azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir: "KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Qaregin Njde adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlillərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Qaregin Njdeni A.Soljenitsin ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir. Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur", - deyə Azərbaycan XİN rəsmisi əlavə edib.