XİN: Las-Veqasdakı faciədə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır

XİN: Las-Veqasdakı faciədə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır Hikmət Hacıyev: "Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik"
Xarici siyasət
2 Oktyabr , 2017 17:50
XİN: Las-Veqasdakı faciədə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ "ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyir: "Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır". 

Son xəbərlər

Orphus sistemi