XİN başçısı: “Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı danışıqların ikinci mərhələsi iyunun sonunda keçiriləcək”

XİN başçısı: “Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı danışıqların ikinci mərhələsi iyunun sonunda keçiriləcək” “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası Tbilisidə iyunun sonunda keçiriləcək”.
Xarici siyasət
30 May , 2019 20:50
XİN başçısı: “Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı danışıqların ikinci mərhələsi iyunun sonunda keçiriləcək”

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası Tbilisidə iyunun sonunda keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqların ikinci mərhələsinə qədər mütəxəssislər vəziyyətlə yerində tanış olacaqlar: “Həm Azərbaycan, həm də Gürcüstan tərəfinin istəyi deməyə əsas verir ki, hər iki tərəf üçün məqbul qərar qəbul olunacaq”.

Qeyd edək ki, komissiyanın ilk iclası mayın 23 və 24-də Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi