XİN başçısı: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”

XİN başçısı: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir” “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”.
Xarici siyasət
23 Dekabr , 2019 12:10
XİN başçısı: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi dəqiqləşdirilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, komissiya fəaliyyətini davam etdirir: “Keçikçi dağ məsələsi ilə bağlı status-kvonun bərpası önəmlidir. Ümid edirik ki, azərbaycanlı tərəfdaşlarla danışıqlar strateji tərəfdaşlıq münasibətlərinə uyğun ruhda davam etdiriləcək”.

Qeyd edək ki, iclasın gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi