Yuxarı

XİN başçısı: “Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı olaraq qalacaq”

XİN başçısı: “Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı olaraq qalacaq”

“Gürcüstanın enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı və əsas qaz tədarükçüsü bundan sonra da Azərbaycan və SOCAR şirkəti olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, rəsmi Tbilisi Azərbaycan qazını gələcəkdə də almaqda davam edəcək: “Qazprom” şirkəti ilə danışıqlar yalnız kommersiya strukturlarına satılacaq qaz barədə aparılıb və bu, olduqca az həcmdir, lakin bununla belə rəqabətlilik və aşağı qiymətlərə zəmanət veriləcək”.

XİN başçısı qeyd edib ki, Gürcüstan əhalisi, enerji generasiyası və istilik elektrik stansiyaları bundan sonra da Azərbaycan qazı ilə təmin olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi