XİN: Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib

XİN: Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub
Xarici siyasət
22 Fevral , 2018 17:39
XİN: Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib
Report

Bakı. 22 fevral. REPORT.AZ/ Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən "Report"a verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclas çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: "Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub".

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi