Xələf Xələfov BMT-nin Ətraf Mühit üzrə Proqramının regional direktorunu qəbul edib

Xələf Xələfov BMT-nin Ətraf Mühit üzrə Proqramının regional direktorunu qəbul edib Görüşdə UNEP ilə Azərbaycan arasında əməkdaşlıq və bu çərçivədə görülən işlər barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
27 Oktyabr , 2015 17:00
Xələf Xələfov BMT-nin Ətraf Mühit üzrə Proqramının regional direktorunu qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusiki qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə UNEP ilə Azərbaycan arasında əməkdaşlıq və bu çərçivədə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və onun Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi istiqamətində atılan addımlar, katibliyin fəaliyyətinin təşkili, UNEP-in bu məsələlərdə iştirakı, eləcə də sözügedən konvensiyanın növbəti 6-cı tərəflər konfransının Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi