Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib - FOTO

Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib - FOTO ​Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb
Xarici siyasət
21 Sentyabr , 2019 20:43
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib - FOTO

Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən azərbaycanlıların məlumatlandırılmasıdır.

Toplantıya Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayıb, açılış sözü deyib və müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.

Komitə sədrinin Azərbaycanın diaspor siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda bu sahənin prioritetlərini özündə əks etdirən təhlil xarakterli çıxışı maraqla qarşılanıb.

Toplantı Koordinasiya Şuralarının bu günə kimi gördükləri işləri əks etdirən hesabatın təqdimatı ilə davam edib.

Toplantıda həmçinin vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirə aparılıb, onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunin iş prinsipləri haqqında danışılıb və Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət formaları, layihələrin yazılması və s. barədə ətraflı məlumatlandırılıblar.

Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi