“Azərbaycana ilk dəfə 1994-cü ildə gəlib Bakı ilə tanış olmuşdum”.
“Report” xəbər verir ki, bunu mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
O, ilk dəfə Bakıda 1994-cü ildə olduğunu, o vaxtdan paytaxtın tanınmaz dərəcədə dəyişdiyini qeyd edib: “1992-1994-cü ildə Almaniya XİN-də keçmiş SSRİ ərazisindəki böhranlı bölgələrin monitorinqilə məşğul olan şöbədə çalışırdım. O zaman ilk dəfə Azərbaycana gəldim. Əlbəttə ki, Bakı tanınmaz dərəcədə dəyişib. Azərbaycana səfir yerinin boş olduğunu öyrənəndə çox sevindim və dərhal ərizə verdim. Çox sayda namizəd arasında seçildiyimdə bəxtim gətirib”.
Xatırladaq ki, bu il sentyabrın 23-də Prezident