Yuxarı

Federasiya Şurasının sədri: "Pavilyon Azərbaycanı Rusiyada tanıdacaq"

Valentina Matviyenko: "Pavilyon Azərbaycanı Rusiyada tanıdacaq"

Birinci vitse-prezident Mehriban Əliyeva ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (VDNX) əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışında iştirak ediblər.

Bu barədə “Report” “Moskva-Baku” portalına istinadən xəbər verir. 

"Tarixi görkəminə uyğun yenidən qurulan pavilyonda Azərbaycanın bütün füsunkarlığını təqdim etmək imkanı əldə etmişik. Həm iqtisadiyyat, həm mədəniyyət, həm də humanitar sahə nəzərdə tutulur. Olduqca gözəl, adına layiq olub”, - deyə o qeyd edib.

Rusiyalı spiker iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişaf etdiyini vurğulayıb: “Rusiyada Azərbaycana maraq getdikcə artır, VDNX-dakı bu pavilyon da Azərbaycanı Rusiyada tantmaq üçün daha bir vasitə olacaq”.

Qeyd edək ki, hələ 1939- cu ildə o zamankı Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Sadiq Dadaşovla Mikayıl Hüseynovun layihəsi əsasında tikilən və “Azərbaycan SSR” adı verilən pavilyonun fasadı görkəmli tişə ustası Fuad Əbdürrəhmanovun heykəltaraşlıq əsərləri ilə bəzədilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi