"Hörmətli Prezident
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə Cenevrədən qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“COVID-19 virusu, həqiqətən, qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır”, - o qeyd edib.
Pandemiyaya son qoymaq üçün əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirməyə çağıran ÜST-nin baş direktoru deyib: "Azərbaycan hökumətinə və Azərbaycan xalqına verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon ianə verib. Türkiyə də sağ olsun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.
Tedros Adhanom Qebreyesus Türk Şurasının fövqəladə Zirvə görüşünün işində iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.