Ukraynanın Azərbaycandakı səfirliyi ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açacaq.
Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan ərazisində olan Ukrayna vətəndaşları iyulun 21-də saat 08:00-dan 20:00-dək səs verə biləcəklər.
Səfirlik vətəndaşları adlarının bu seçki məntəqəsində olan seçici siyahısına daxil edilib-edilməməsini əvvəlcədən öyrənməyə çağırıb.