Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana yola düşüb.
"Report" xəbər verir ki, o, Bakıya yola düşməzdən öncə Ankarada Esenboğa hava limanında jurnalistlərin səfər və Azərbaycanla münasibətlərlə bağlı suallarını cavablandırıb.
Türkiyə baş nazirinin Azərbaycana səfəri iki gün davam edəcək və dekabrın 4-də başa çatacaq.