Yuxarı

Türkiyə XİN başçısı: "Münaqişənin həlli məsələsində səylərimizi koordinasiya etməliyik" - ƏLAVƏ OLUNUB

Türkiyə XİN başçısı: "Münaqişənin həlli məsələsində səylərimizi koordinasiya etməliyik" - ƏLAVƏ OLUNUB

Mövlud Çavuşoğlu: Türkiyə, Azərbaycan və Pakistan terrorla mübarizədə bir-birinə dəstək olmalıdır
© Report — Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Bakı. 30 noyabr. REPORT.AZ/ "Münaqişənin həlli məsələsində bir-birimizi dəstəkləməli, səylərimizi koordinasiya etməli və buna son qoyacağımıza əmin olmalıyıq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.

"Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik. Terrorla mübarizədə də bir-birimizə dəstək olmalıyıq", - M.Çavuşoğlu bildirib.

***

XİN başçısı bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması üçün səylər göstərir. 

"Azərbaycanı razı salan istənilən qərarı dəstəkləməyə hazırıq. Dünən həmsədrlərlə görüşdüm və onları nizamlama məsələsində daha fəal olmağa çağırdım, Azərbaycan üçün məqbul olan istənilən qərarı dəstəkləyəcəyimizi bildirdim", - M.Çavuşoğlu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi