Yuxarı

Türkiyə prezidenti müsəlmanları Qüdsə gedib müqəddəs yerləri ziyarət etməyə çağırıb

Türkiyə prezidenti müsəlmanları Qüdsə gedib müqəddəs yerləri ziyarət etməyə çağırıb
“İndiki vəziyyətdə müsəlmanların əsas vəzifəsi Qüdsü müdafiə etməkdir”

Bakı. 13 dekabr. REPORT.AZ/ “İndiki vəziyyətdə müsəlmanların əsas vəzifəsi Qüdsü müdafiə etməkdir”. 

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısının açılışında bildirib. 

O, Roma Papasına və Qüds qərarını qəbul etməyən musəvilərə təşəkkür edib: "Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm".

R.T.Ərdoğan deyib ki, ABŞ-ın Qüds qərarına qarşı çıxan fələstinliləri dəstəkləyirik: "Birinci Dünya müharibəsində Qüdsü müdafiə edən bütün hərbçilərimizi rəhmətlə anırıq. Osmanlıların əl-Xəlil qapısını tikdirməsi mədəniyyətimizin ən bariz nümunəsidir. Bütün müsəlmanları Qüdsə gedib Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyini tanımayan ölkələri bu addımı atmağa dəvət edirəm. Sözdə iki dövlət prinsipindən danışırlarsa, buna əməl edilmir. İşğalçı ilə işğal edilənin eyni səviyyədə tutulması qəbuledilməzdir. Gələcək nəsillər adına hər kəsi maddi-mənəvi cəhətdən səfərbər etməyə çağırırıq. ABŞ dövlət başçısını bu qərarını geri çəkməyə dəvət edirik. Bu gün burada verdiyimiz mesajların bütün dünya tərəfindən dəyərləndiriləcəyinə ümid edirik. Bu qərar BMT-nin qətnaməsinə qarşı çıxmaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi