Yuxarı

Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir

​Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir
Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.

Bu barədə "Report"a Tacikistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Danqara rayonu ilə Sumqayıt şəhəri arasında qardaşlıq əlaqələrin qurulması məsələsi müzakirə edilib.

Səfir Sumqayıtın sənaye müəssisələrinə baş çəkib, sənaye sahəsində ikitərəfli əlaqələrin qurulması məqsədi ilə şirkət rəhbərləri ilə görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi