"Azərbaycan Polşanı Avropa ölkələri arasında yaxın dostlardan biri hesab edə bilər".
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Polşa Seyminin (parlament) deputatı Robert Vinnitskiy deyib.
O qeyd edib ki, Azərbaycanın Avropa Birliyi ilə strateji əməkdaşlığında Polşa fəal rol oynamaqda maraqlı olmalıdır: “İki ölkə arasındakı münasibətlər, düşünürəm ki, lazım olan səviyyəyə çatdırılmalıdır. Bunun üçün kifayət qədər potensial var. Müəyyən məsələlər müzakirə olunmalıdır və bu müzakirələrdən ikitərəfli əməkdaşlıq üçün uğurlu nəticələr əldə etmək olar".
R.Vinnitskiy bildirib ki, qarşılıqlı səfərlər artırılmalı, parlamentlərarası görüşlər intensivləşməli, mədəni tədbirlərin sayı çoxalmalıdır. Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında daha da sıx dostluq münasibətləri yarada bilər.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş