Serbiya prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli sənədlər imzalanacaq

Serbiya prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli sənədlər imzalanacaq Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu veriləcək
Xarici siyasət
21 May , 2018 09:50
Serbiya prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli sənədlər imzalanacaq
REUTERS/Bernadett Szabo

Bakı. 21 may. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfərinin proqramı məlum olub.

"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, A.Vuçiç bu gün Bakıya gələcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz MəmmədovMilli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.

Son xəbərlər

Orphus sistemi