Yuxarı

Səfirlik: ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir

Səfirlik: ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndələri üçün seminar keçirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın Ticarət Nazirliyinin rəsmiləri bu ölkənin Ədliyyə Departamentinin daimi nümayəndəsi ilə birgə Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndələri üçün seminar keçirib. Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Seminarda korrupsiyaya qarşi mübarizənin taktikaları və əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili çıxış edib. 

"ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir və onları dövlətlərarası əməkdaşlığın vacib hissəsi sayır", - səfirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi