Yuxarı

Gürcüstan səfiri: "9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir"

Səfiri: "9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir

"9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir".

"Report" xəbər verir ki, bunu 9 Aprel Tbilisi hadisələrinə həsr olunan fotosərgidə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

“Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi naminə, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, - deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstanı eyni ağrı-acı birləşdirdiyini dilə gətirib.

"1990-cı ilin 20 yanvar günü Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız millətin qəhrəmanlarını tanımalı və yad etməlidirlər", - səfir vurğulayıb.

Qeyd edək ki, 9 aprel 1989-cu il tarixində Tbilisi şəhərinin mərkəzində Sovet ordusunun Gürcüstanın müstəqilliyinin tərəfdarlarının kütləvi mitinqinə amansızlıqla hücum etməsi nəticəsində aralarında 16 qadın olmaqla 21 nəfər həlak olmuş, 290 nəfər xəsarət alaraq əlil olmuş, 300-ə yaxın insan isə xüsusi tərkibli qazla zəhərlənmişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi