Səfir: “Türkiyədəki iki mindən çox vətəndaşımız Azərbaycana gətirilib"

Səfir: “Türkiyədəki iki mindən çox vətəndaşımız Azərbaycana gətirilib" “Bu günə qədər Azərbaycanın Türkiyədəki səfirliyinə bu ölkənin ərazisində hər hansı vətəndaşımızın COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumat daxil olmasa da, təəssüflə bildirməliyəm ki, Türkiyədən ölkəmizə qayıdan həmvətənlərimiz arasında koronavirusa yoluxma halları aşkar edilib”.
Xarici siyasət
26 Mart , 2020 08:36
Səfir: “Türkiyədəki iki mindən çox vətəndaşımız Azərbaycana gətirilib

“Bu günə qədər Azərbaycanın Türkiyədəki səfirliyinə bu ölkənin ərazisində hər hansı vətəndaşımızın COVID-19 infeksiyasına yoluxması ilə bağlı məlumat daxil olmasa da, təəssüflə bildirməliyəm ki, Türkiyədən ölkəmizə qayıdan həmvətənlərimiz arasında koronavirusa yoluxma halları aşkar edilib”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. 

Səfir bildirib ki, sərhədlərin bağlandığı 15 martdan bu günə qədər Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqları və müvafiq dövlət qurumları əlaqələndirilmiş qaydada qardaş ölkədəki vətəndaşlarımızın vətənə dönmək istəyən bir qisminin (2 100 nəfərdən artıq) hava və quru nəqliyyatı vasitəsilə geri qayıtmasını təmin edib: “Onlar nəzərdə tutulan qaydada 14 gün müddətində karantində saxlanılıblar. Geri qayıdanlar arasında COVID-19 infeksiyasının daşıyıcıları aşkar olunub və həmin şəxslər xüsusi nəzarət altında müalicələrini davam etdirirlər”.

Səfirliyin gücləndirilmiş iş rejmində çalışdığını deyən X.İbrahim qeyd edib ki, həmvətənlərimiz diplomatik korpusun “qaynar xətt”inə zəng etməklə yanaşı, e-maillər və sosial mediadakı hesabları vasitəsilə də, müraciətlər edirlər: “Bu günə qədər səfirliyə 20 mindən çox müraciət daxil olub. Zənglərin və məktubların əksəriyyəti ölkəmizə geri qayıtmaq istəyən vətəndaşlarımız tərəfindən edilir. Biz də öz növbəmizdə 24 saatlıq iş rejimində səfirliyə edilən bütün müraciətləri cavablandırmağa və mümkün qədər köməklik göstərməyə çalışırıq. Çoxsaylı müraciətləri nəzərə alaraq bundan sonra da, yeni çarter reysləri olacağı təqdirdə eyni şəkildə vətəndaşlarımızın göndərilməsi təmin ediləcək”.

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi