Səfir: "Energetika Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın məhək daşıdır"

Səfir: "Energetika Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın məhək daşıdır" Nərgiz Qurbanova: "Azərbaycan Bolqarıstana qaz tranziti ölkəsi kimi maraq göstərir"
Xarici siyasət
29 Yanvar , 2018 10:27
Səfir: Energetika Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın məhək daşıdır

Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycan Bolqarıstan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin "Üçüncü kanal"ına müsahibəsində deyib.

"Energetika həmişə əməkdaşlığımızın məhək daşı olub. Bildiyiniz kimi, məqsədimiz 2020-ci ilə qədər, təqribən, 1 milyon ev təsərrüfatını Azərbaycan qazı ilə təmin etməkdir. Saziş 2014-cü ildə imzalanıb", - N.Qurbanova bildirib.

Onun sözlərinə görə, Azərbaycan Bolqarıstana qaz tranziti ölkəsi kimi maraq göstərir.

"Bu qaz Avropa İttifaqı tərəfindən regionumzda yeganə həyatqabiliyyətli resurs kimi tanınan Cənub Qaz Dəhlizinin bir hissəsidir", - diplomat vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, bu il Azərbaycana, təqribən, 1,5 min bolqar turist səfər edib.

Son xəbərlər

Orphus sistemi