Səfir Əli Əlizadə Pakistanda səfərdə olan Britaniya parlamentinin deputatları ilə görüşüb

Səfir Əli Əlizadə Pakistanda səfərdə olan Britaniya parlamentinin deputatları ilə görüşüb Diplomat parlamentarilərə Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib
Xarici siyasət
25 Avqust , 2017 19:48
Səfir Əli Əlizadə Pakistanda səfərdə olan Britaniya parlamentinin deputatları ilə görüşüb
Azərbaycanın Pakistandakı səfirliyi

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkədə səfərdə olan Britaniya parlamentinin deputatları - Yasmin Qureshi, Graham Jons, Faysal Rəşid və Məhəmməd Yasinlə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Əli Əlizadə Azərbaycanın Britaniya ilə movcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrdə parlamentlərarası münasibətlərin xüsusi rolunun olduğunu qeyd edib, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin və tərkibinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Britaniya ilə olduğu kimi, Azərbaycana yaxın dost və qardaş ölkə olan Pakistanla xüsusi münasibətlərinin olduğunu bildirən səfir hər iki ölkənin rəhbərlərinin müsbət töhfə ilə inkişaf edən Azərbaycan-Pakistan əlaqələri haqqında məlumat verib. Diplomat Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini, işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını qeyd edib. Dağlıq Qarabağ kimi, Kəşmir münaqişəsinin də həllinin regionda sülh və sabitliyinin bərpa olunmasına öz müsbət töhfəsini verəcəyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin zəruri olduğunu bildirən səfir beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistana təzyiq göstərməsini xüsusi diqqətə çatdırıb.

Parlamentarilər Birləşmiş Krallığın və Pakistanın Azərbaycanla olan səmərəli əməkdaşlıq əlaqələrindən məmnun olduqlarını, bu əlaqələrin, xüsusən parlamentlərarası münasibətlərin, dostluq qruplarının fəaliyyətinin daha da aktivləşdirilməsinin önəmini ifadə ediblər. Onlar həmçinin mümkün olan ilk fürsətdə Azərbaycana səfər edəcəklərini deyiblər.

Son xəbərlər

Orphus sistemi