Səfir Əli Əlizadə Azərbaycan barədə esse qalibləri ilə görüşüb

Səfir Əli Əlizadə Azərbaycan barədə esse qalibləri ilə görüşüb Qaliblər Azərbaycanda bir həftəlik ziyarət qazanıblar
Xarici siyasət
11 Sentyabr , 2017 21:07
Səfir Əli Əlizadə Azərbaycan barədə esse qalibləri ilə görüşüb
Azərbaycanın Pakistandakı səfirliyi

Bakı. 11 sentyabr. REPORT.AZ/ Pakistan gəncləri arasında ilk dəfə keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" esse müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirlikdə keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə onlara Azərbaycanın siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, iki ölkə arasında qardaşlıq əlaqələri, təcavüzkar Ermənistanın etnik təmizləmə və terrorçuluq siyasəti haqqında məlumat verib.

Esselərin önəmli mövzuları əhatə etdiyini vurğulayan diplomat qaliblərin sentyabr ayında Azərbaycana bir həftəlik səfər etmək imkanı qazandıqlarını, bu həftə ərzində onların ölkənin tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaqlarını bildirib.

Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək Azərbaycan haqqında fikir və təsəvvürlərini bölüşüb, çox eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi