Yuxarı

Səfir: "BƏƏ Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edir"

Səfir: "BƏƏ Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edir"

Bakı. 25 aprel. REPORT.AZ/ "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə bir sıra yardım proqramları həyata keçirir".

"Report" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisi məqaləsində yazıb. 

"Bununla da ictimai, o cümlədən tibbi yardımlar, sosial proqramlar çərçivəsində ehtiyacı olan şəxslərə və xəstələrə yardımlar olunur. Bu yardımlar təkcə paytaxt Bakıda deyil, digər şəhərlərdə də həyata keçirilir. Səfirlik gələcəkdə də bu kimi yardımların göstərilməsində səylərini davam etdirəcək",- səfir vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi