Moskva. 19 fevral. REPORT.AZ/ "Ölkələrimiz - Rusiya və Azərbaycan, Çeçenistan və Azərbaycan arasında mövcud olan münasibətlər, əməkdaşlıq və dostluq son illərdə baş verən hadisələrlə sübut edilən ənənəvi tarixi əlaqələrdir. Bu onu göstərir ki, bizim dostluğumuzu pozmaq çətindir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri
"Təəssüf ki, münasibətləri pozmağa səy göstərən üçüncü qüvvələr var. Onlar cəhd edirlər, amma biz buna qarşı çıxacağıq və bu qarşıdurma rəhbərlərimizin iradəsinə, xalqlarımızın iradəsinə, çeçen və Azərbaycan xalqlarının təcrübədən keçmiş dostluğuna əsaslanır. Bu günlərdə bu məsələdə iştirak edən və təxribatın miqyasının artmasına imkan verməyən hər kəsə minnətdarlığımı bildirirəm. Bunu edənlər və olayı qızışdıranlar cəzalandırılmalıdır", - deyə səfir bu yaxınlarda Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti şərh edərkən bildirib.
İqbal Rüstəmov