Səfir: "Azərbaycanın Əfqanıstanda sabitliyin bərqərar olmasına verdiyi töhfəni yüksək qiymətləndiririk"

Səfir: "Azərbaycanın Əfqanıstanda sabitliyin bərqərar olmasına verdiyi töhfəni yüksək qiymətləndiririk" Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Əfqanıstanda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına yardım göstərməyə davam edir.
Xarici siyasət
7 Sentyabr , 2018 20:46
Səfir: Azərbaycanın Əfqanıstanda sabitliyin bərqərar olmasına verdiyi töhfəni yüksək qiymətləndiririk

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Azərbaycan Əfqanıstanda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına yardım göstərməyə davam edir". 

“Report”un məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ölkəsinin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.

Səfir iki ölkə arasında təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın inkişafına şahid olduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı hərbi missiyada iştirakını artırdığını da yüksək qiymətləndirdiklərini qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov da iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə əsaslanaraq bu gün də yüksək səviyyədə, o cümlədən ikitərəfli və çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb: “Əfqanıstan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini daim dəstəkləyir”. 

Nazir müavini iki ölkə arasında iqtisadi əlaqələrin, əmtəə mübadiləsinin artdığına da diqqət çəkib: “Ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi münasibətlərimizə güclü təkan verib. Bu sahədə çox böyük potensial var”.

Son xəbərlər

Orphus sistemi