Səfir: "Azərbaycanla İranın dostluğu və qardaşlığı əbədidir"
Səfir: "Azərbaycanla İranın dostluğu və qardaşlığı əbədidir"İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib.
İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıb.
"Azadlıq və istiqlaliyyət İran xalqının əldə etdiyi dəyərlərdir. İnqilabın nailiyyəti bütün sahərdə diqqət çəkir", - səfir deyib.
C.Cahangirzadə Azərbaycan və İran əlaqələri barədə də danışıb: "İki ölkə arasında əlaqələrinin inkişaf etdiyini göstərən bir sıra sübutlar mövcuddur. Rəsmilərin qarşılıqlı səfərləri də xüsusi əhəmiyyət kəsb edir. İran bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir. Azərbaycana gəldikdə isə biz mümkün olan ən yüksək əlaqələri arzu edirik. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İranla Azərbaycanın dostluğu və qardaşlığı əbədidir. Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasındakı çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran, Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir. İran ilə Azərbaycan arasında əlaqələrin öz tarixində ən yüksək səviyyədə olduğuna şahidlik etdiyimə görə çox şadam. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrdə icra olunan birgə layihələr, o cümlədən bütün region üçün böyük əhəmiyyət kəsb edən Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi bizim iddialarımızı təsdiq edir”.