Yuxarı

Azərbaycan XİN Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat verib

Azərbaycan XİN Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat verib
Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik
© Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat verib.

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: "Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi