Rusiyanın XİN başçısı: "Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır"

Rusiyanın XİN başçısı: "Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır" Segey Lavrov: "Açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq"
Xarici siyasət
5 Dekabr , 2017 14:54
Rusiyanın XİN başçısı: Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır
Rusiya xarici işlər naziri Sergey Lavrov / Report/ Elshan Baba

Moskva. 5 dekabr. REPORT.AZ/ "Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni hazırdır".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasının yekununda keçirilən mətbuat konfransı zamanı bildirib.

"Xəzər dənizi üzrə hazırda gündəmdə olan bütün məsələləri hərtərəfli müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmnuniyyətlə elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq. Faktiki olaraq sənədin mətni hazırdır", - deyə S.Lavrov vurğulayıb. 

Rusiyanın XİN başçısı qeyd edib ki, sənədin gələn il Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində imzalanması planlaşdırılır: "Sammitin gələn ilin birinci yarısında baş tutacağına və orada sənədin imzalanacağına ümidvarıq. Amma sammitin keçirilmə tarixi ilə bağlı son qərarı Qazaxıstan rəhbərliyi verəcək".

Son xəbərlər

Orphus sistemi