Yuxarı

Rusiyanın XİN başçısı MDB ölkələrinin səfirləri ilə görüşüb

Rusiyanın XİN başçısı MDB ölkələrinin səfirlərilə görüşüb

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.

“Report” xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Görüşdə həmçinin, Rusiya Xarici İşlər nazirinin keçmiş müavini, hazırda Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.

Görüşdə çıxış edən nazir Karasinin Rusiya ilə MDB üzvü olan ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə verdiyi böyük şəxsi töhfələri yüksək qiymətləndirib. Lavrov Karasini Rusiya Federasiya Şurasına Saxalin vilayətindən üzv seçilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi