Yuxarı

Rusiyalı ekspert dünya iqtisadiyyatının koronavirusdan sonra nə vaxt bərpa olunacağını açıqladı - MÜSAHİBƏ

​Rusiyalı ekspert dünya iqtisadiyyatının koronavirusdan sonra nə vaxt

2385

İqtisad elmləri doktoru, professor Aleksey Xarlanovun “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsi:

- Koronavirus dünya iqtisadiyyatına necə təsir edir? Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər Rusiyaya kömək edəcəkmi?

- Bu gün dünya iqtisadiyyatının ümumi zərəri 1 trilyon ABŞ dollarından çoxdur və ümumqlobal strategiya olmadığından vəziyyət get-gedə pisləşir. ÜST yalnız fəsadlardan danışır. Müəyyən vaksin nümunələri var, amma onların bu virusla mübarizə aparmaq üçün 100% səmərəli olacağı zəmanəti yoxdur.

Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dövlət orqanlarının bütün fəaliyyətini nizamlamağa, əhalini sakitləşdirməyə, koronavirusun pikini proqnozlaşdıra biləcəyimiz və sonrakı davranışı daha düzgün qura biləcəyimiz vəziyyət yaratmağa imkan verir. Buraya özünü təcrid etmək, virusun mümkün yoluxmasına səbəb ola biləcək insan izdihamı olan yerlərin bağlanması daxildir. Ən əsası, bu, panikanı aradan qaldıracaq.

- Bu gün Azərbaycan və Rusiya sərhədlərini bağlayıblar, bu, ölkələrimiz arasındakı ikitərəfli iqtisadi münasibətlərə necə təsir edə bilər? Hansı sahələrdə itkilər ola bilər?

- Bizimlə sərhədi ən son bağlayan Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycanlılar sona qədər səbr etdi. Sərhədlər insanlar üçün bağlanıb, malların tranziti üçün o, hələ də açıqdır. Turizm isə gözləyə bilər. Bu, bizim qardaş sevgimizə, anlayışımıza və əmək qaynağımıza heç bir şəkildə təsir etməyəcək. Sadəcə bir-birimizin diyarında bir qədər çox qalacağıq və bununla həm də dostluq münasibətlərimizə dəstək olacağıq.

Rusiya xalqı kimi, Azərbaycan xalqı da neft qiymətlərinin qlobal konyukturasının mövcud risklərini, OPEC-in uğursuzluğunu, OPEC+dən çıxışı öz üzərində hiss etməlidir. Bütün bunlar hadisələrə fərqli baxmağa imkan verəcək. Birincisi, neft kartellərinin gələcək razılaşmalarına, ikincisi, qloballaşmaya və üçüncüsü, bütün millətlər arasında kompromis səbəbinə. Hamımız sürətləndiyimizdən, qloballaşdığımızdan çoxdan belə fasiləyə ehtiyacımız var idi. Ancaq daha ciddi böhranlar yaşadığımız üçün sakitcə oturub düşünəcəyik və hamı üçün qlobal müdrik ədalətli qərar verəcəyik.

- Hazırda qlobal iqtisadiyyat tənəzzülə uğrayır. Sizcə, o, nə vaxt bərpa olunacaq?

- Məncə, maksimum il yarım və ya iki il. Özü də çinlilər artıq koronavirusla əlaqəli pik nöqtəni adlayıblar. Düşünürəm ki, oradakı Kommunist Partiyası onları itkiləri yaxın gələcəkdə azı 30-40% səviyyəsində kompensasiya etməyə məcbur edəcək və bir-iki il ərzində isə əvvəlki səviyyəyə qayıdacağımızı gözləyirik.

Aleksey Xarlanov

Amma onu da deməliyəm ki, may ayında maliyyə-iqtisadi böhran və qlobal tənəzzül olacağı gözlənilir. Düşünürəm ki, buna da dözəcəyik, çünki indi qloballaşma anlayışı artıq məhv olub, indi daha çox milli səviyyəyə və daxili planlaşdırmaya, gömrük tənzimləməsinə keçirik. Sərhədlərin bağlanması hər bir ölkənin suverenliyinə öz yolu ilə baxmasına və bir-biri ilə qardaşlıq münasibətlərinin inkişafını dəstəkləməkdə maraqlı olan ən yaxın ölkələrlə mümkün yaxınlaşmanı tapmasına imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi