Yuxarı

Rusiya və Azərbaycan arasında 300-ə qədər sənəd imzalanıb

​Rusiya və Azərbaycan arasında 300-ə qədər sənəd imzalanıb

595

“Diplomatik münasibətlərin qurulmasından keçən 28 il ərzində iki ölkə arasında 300-ə qədər ikitərəfli sənədlər imzalanıb və onların həyata keçirilməsi üçün mühüm addımlar atılıb.”

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümü barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasına həyata keçilmiş rəsmi səfəri çərçivəsində imzalanmış “Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı”, bir çox sahələri əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və həmin sənədə daxil olan ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritələri, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” əməkdaşlığın gələcək inkişafına, o cümlədən iqtisadi münasibətlərin dərinləşməsinə mühüm təkan verib” deyə məlumatda vurğulanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi