Rusiya səfiri: "İranın mövqeyi Xəzərin bölüşdürülməsini ləngidir"

Rusiya səfiri: "İranın mövqeyi Xəzərin bölüşdürülməsini ləngidir" Bakı. 1 fevral. REPORT.AZ/ İranın mövqeyi Xəzərin bölüşdürülməsi prosesini yubadır.
Xarici siyasət
1 Fevral , 2019 14:44
Rusiya səfiri: İranın mövqeyi Xəzərin bölüşdürülməsini ləngidir
Report/ Firi Salim

Bakı. 1 fevral. REPORT.AZ/ "İranın mövqeyi Xəzərin bölüşdürülməsi prosesini yubadır".

“Report” xəbər verir ki, bunu Bakı Slavian Universitetində Rusiya Federasiyasının diplomatik xidmətinə həsr olunan tədbirdə bu ölkənin səfiri Mixail Boçarnikov Xəzərin hüquqi statusu barədə Konvensiyanı şərh edərkən bildirib.

O deyib ki, Konvensiyanın imzalanması Xəzər dənizini mehriban qonşuluq prinsipi ilə istifadə etməyimiz üçün geniş imkanlar açılır.

Rusiyalı diplomat bununla yanaşı, Xəzər sahili ölkələri arasında bəzi həll olunmamış məsələlərin qaldığını söyləyib: "Məsələn, ayrı-ayrı ölkələrə aid sektorların sərhədləri tam olaraq müəyyənləşdirilməyib. Xəzərin dibi orta xətt üzrə bölüşdürülməlidir. Məsələnin həll olunmaması xeyli dərəcədə bu prinsip əsasında ona çatacaq hissədən qane olmayan İranın mövqeyi ilə bağlıdır”.

Rusiya ilə Azərbaycan münasibətlərinə toxunan diplomat iki ölkə Xarici İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Xatırladaq ki, ötən il avqust ayının 12-də Aktau şəhərində beş Xəzər sahili ölkənin Zirvə görüşündə Xəzərin hüquqi statusu barədə Konvensiya imzalanmışdı.

Son xəbərlər

Orphus sistemi