Rusiya - Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının rusiyalı həmsədrinin adı açıqlanıb

Rusiya - Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının rusiyalı həmsədrinin adı açıqlanıb Azərbaycanla Rusiyanın əməkdaşlığına dair irimiqyaslı planların yerinə yetirilməsində iki ölkənin parlamentləri mühüm rol oynayır.
Xarici siyasət
12 Aprel , 2019 16:27
Rusiya - Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının rusiyalı həmsədrinin adı açıqlanıb

Azərbaycanla Rusiyanın əməkdaşlığına dair irimiqyaslı planların yerinə yetirilməsində iki ölkənin parlamentləri mühüm rol oynayır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Dövlətlərimiz arasındakı əməkdaşlığa dair irimiqyaslı planların hamısının yerinə yetirilməsi üçün bütün ikitərəfli sənədlərdə konkret məzmun olmalıdır. Mübaliğəsiz deyə bilərəm ki, burada parlamentlərin rolu əsasdır. Səmərəli fəaliyyət göstərmək üçün məhz qanunvericilər hüquqi şərait yaradır", - deyən V.Matviyenko Rusiya - Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasındakı RF nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini Andrey Turçakın rəhbərlik edəcəyini bildirib.

V.Matviyenkonun sözlərinə görə, hakim Vahid Rusiya Partiyasının baş katibi vəzifəsini də icra etməsi sayəsində A.Turçak iki ölkə arasında əməkdaşlığı siyasi partiyalar xəttilə də gücləndirə biləcək.

Son xəbərlər

Orphus sistemi