Rumıniyada keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.
“Report” səfirliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi, 125a ünvanında yerləşən məntəqədə adıçəkilən ölkənin Azərbaycanda daimi və ya müvəqqəti yaşayan vətəndaşları noyabrın 8-də saat 12-dən 21-dək, 9-u və 10-da isə saat 7-dən 21-dək səs verə bilərlər.
Qeyd edək ki, prezident seçkiləri noyabrın 10-da, ikinci tur olarsa isə noyabrın 24-də keçiriləcək.