Yuxarı

Rəcəb Tayyib Ərdoğan: "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram"

Rəcəb Tayyib Ərdoğan: "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram"
© REUTERS/ Umit Bektas — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 10 iyul. REPORT.AZ/ Prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycan Respublikasına edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibə verib.

“Report”un xəbərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.

Bu gün İlham Əliyev ilə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi